Bakı. Trend:
Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İranın Xarici İşlər NaziriAbbas Araqçı ilə bir araya gəlib. Görüşdə iki ölkə arasındakıstrateji əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizlikməsələləri müzakirə olunub.
Trend-inməlumatına görə, Suriya Prezidentinin ofisi görüşün əsas mövzusununterrorizmə qarşı birgə mübarizə və regionda sabitliyin təminedilməsi olduğunu açıqlayıb. Suriya lideri, bu məsələdəmüttəfiqlərin dəstəyinin vacibliyini xüsusi olaraq vurğulayıb vəqarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyiniqeyd edib.
Əsəd həmçinin, İranla olan əlaqələrin həm iqtisadi, həm dəsiyasi sahələrdə mühüm əhəmiyyət daşıdığını bildirib. Görüşünnəticələri barədə əlavə məlumat verilməyib.