EN

Xəzərdə suyun səviyyəsi azalmaqda davam edərsə, nələrə hazır olmalıyıq?

Xəzərin səviyyəsi müşahidələr tarixində qeydə alınan ən aşağı həddə yaxındır.

Xezerxeber.az bildirir ki, suyun səviyyəsinin azalması nəticəsində Xəzər dənizi ciddi ekoloji problemlərlə üzləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert deyir ki, sonuncu dəfə suyun bu qədər azalması ötən əsrin 70-ci illərində müşahidə edilib. Ekspert bu ekoloji problemin ölkənin bir çox istiqamətlərinə mənfi təsir göstərəcəyini deyib.

Ekspert əlavə edib ki, baş verə biləcək fəsadların qarşısını almaq üçün indidən hərəkətə keçməliyik.

Qeyd edək ki, son 30 ildə Xəzərdə suyun səviyyəsi təxminən 2,5 metr azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma, təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır.

Ətraflı süjetdə:

Xəzərdə suyun səviyyəsi azalmaqda davam edərsə, nələrə hazır olmalıyıq?
Chosen
26
12
seher.media

10Sources