EN

Tbilisidə etirazçılarla xüsusi təyinatlılar arasında toqquşma baş verib

Ümumilikdə ilk iki gecə etiraz aksiyası zamanı polis təxminən 150 nəfəri həbs edib

Tbilisidə etirazçılarla xüsusi təyinatlılar arasında toqquşma olub. 

Təhlükəsizlik qüvvələri etirazçılara qarşı vaxtaşırı su şırnaqlarından və qaz bombalarından istifadə edib.

Etirazçılar da xüsusi təyinatlılara müxtəlif əşyalar ataraq onlara qarşı atəşfəşanlıq ediblər.

Gürcüstan parlamentinin binası yaxınlığında kortəbii barrikadalar qurulub.

Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarına müraciət edərək bildirib ki, etiraz aksiyası qanunvericilikdə nəzərdə tutulmuş hədləri aşaraq zorakılığa çevrilib. 

İdarədən verilən məlumata görə, mitinq iştirakçıları parlamentin hasarlarını zədələyib və həyətə daxil olmağa çalışırlar.

Artıq Tbilisidə etirazların üçüncü günüdür. Noyabrın 29-dan 30-na keçən gecə xüsusi təyinatlılar nümayişçiləri dağıtmaq üçün müxtəlif güc vasitələrindən istifadə ediblər. Nəticədə onlarla insan, o cümlədən jurnalistlər yaralanıb.

Səhər saatlarında xüsusi təyinatlılar aksiya iştirakçılarını dağıtmağa başlayıb və səhər saat 7-də onlar aksiyaçıları dağıdıblar.

Dekabrın 1-nə keçən gecə keçirilən mitinqdə bir neçə nəfər, o cümlədən "Azadlıq” radiosunun gürcü xidmətinin prodüseri Beku Beradze Gürcüstan parlamenti yaxınlığındakı Zubalaşvili küçəsində həbs edilib.

Ümumilikdə ilk iki gecə etiraz aksiyası zamanı polis təxminən 150 nəfəri həbs edib. Həbs zamanı polis zabitləri saxlanılanlara qarşı zor tətbiq ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçıların aksiyaları nəticəsində onların 42 əməkdaşı xəsarət alıb. 

Nümayişçilər polisə qarşı pirotexniki vasitələrdən istifadə ediblər.

Chosen
6
23
arqument.az

10Sources