EN

Almaniyada "Volkswagen" işçiləri ixtisarlara qarşı tətilə çıxır

Bakı. Trend:

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" işyerlərinin ixtisarına qarşı dekabrın 2-də ümummilli xəbərdarlıqtətili ilə üzləşəcək.

Trend xəbər verirki, "IG Metall" sənaye həmkarlar ittifaqının Aşağı Saksoniya üzrənümayəndəsi Torsten Qröger bu barədə açıqlama verib:
"Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətillərikeçiriləcək."

Şirkət qənaət tədbirləri çərçivəsində ən azı üç zavodunubağlamağı və onminlərlə iş yerini ixtisar etməyi planlaşdırır.Hazırda "Volkswagen"in Almaniyadakı 10 zavodunda təxminən 120 minişçi çalışır. Qənaət tədbirlərini dəstəkləyən konsern rəhbərliyiisə 30 minədək işçini işdən çıxarmağı nəzərdən keçirir.

Bu qərar ölkədə ciddi narazılıq doğurub və işçilər arasındagenişmiqyaslı etirazlara səbəb olub.

Chosen
53
1
az.trend.az

2Sources