EN

Bayden oğlunu əfv etdi

ABŞ Prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə oğlu Hanteri əfv etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Baydenin bəyanatında bildirilib.

 

“Bu gün oğlum Hanter üçün əfv fərmanı imzaladım. Vəzifədə olduğum ilk gündən ABŞ Ədliyyə Departamentinin qərarlarına qarışmayacağımı söylədim”, - deyə qeyd olunub.

 

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib. O həmçinin 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda təkrar prezident seçiləcəyi təqdirdə hazırkı Prezident Co Baydenin oğlu Hanter Baydeni əfv edəcəyini bildirmişdi.

Chosen
29
37
modern.az

10Sources