EN

Müxalifət mitinqlər və iğtişaşlarla istəklərinə nail ola bilməyəcək

Müxalifət

Gürcü xalqı müasir tarixində gələcəyinin necə olacağı uğrunda mübarizə aparır. Həm hakimiyyət, həm də müxalifət Gürcüstanın gələcəyini öz istədikləri yolla getməsinin mübarizəsinə qalxıb.

Demək olmaz ki, tərəflər öz seçimlərində doğru fikirləşmirlər.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, hər iki tərəfin öz haqlı tərəfləri var.

Amma Gürcü xalqı hansı yolu seçəcək? Göründüyü kimi Gürcü xalqı ikiyə bölünüb. Həm Avrointeqrasiya tərəfdarları, həm də deyildiyi kimi Rusiyayönlü deyil, sadəcə geosiyasi durumu doğru dəyərləndirməyi təklif edən hakimiyyət çalışır ki, Gürcü xalqı əvvəllər etdiyi səhvləri etməsin:

"Müxalifət bu məsələni ölüm-qalım

məsələsi hesab edir. Hesab edir ki, bu məqamda Gürcüstan Avropa və Qərbdən imtina edəcəksə, artıq onların gələcəyi, hətta ölkənin müstəqilliyi təhlükə altına düşəcək. Amma, hesab edirəm ki, bu, yanlış baxış bucağıdır. Rusiyanın işğal etdiyi Gürcüstan torpaqlarını geri qaytarması ehtimalı danışılır. Buna görə hələlik Avropaya inteqrasiyadan hələlik vaz keçmək olar. Görünən odur ki, müxalifət hesab edir ki, bunun üçün Rusiyanın yanında olmaq lazım olacaq və ölkə demokratik cəmiyyətdən avtokratik idarəetməyə çevriləcək. Hadisələrin gedişatı onu göstərir ki, Gürcü hakimiyyəti yolundan dönməyəcək. Müxalifətin indiki imkanlarla hakimiyyəti fikrindən döndərmək və ya hakimiyyəti güc yolu ilə ələ almaq şansları yox dərəcəsindədir. Sadəcə mitinqlərlə və iğtişaşlarla istəklərinə nail ola bilməyəcəklər. Bu, sadəcə Gürcüstanın idarəçiliyini təhlükə altına alacaq ki, bundan da Gürcü xalqı əziyyət çəkəcək".

Cavid

Chosen
29
xalqcebhesi.az

1Sources