EN

“İzzət dedi ki, Aynur gəl səni qaçırım” - VİDEO

"Sumqayıtdan konsertdən gəlirdik. İzzət Bağırov "20 yanvar"da dedi ki, Aynur gəl səni qaçırım. Ona dedim ki, İzzət anandan qorxuram".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu "Bir gün" verilişində deyib.

Aynur bildirib ki, illər əvvəl həmkarı İzzət Bağırov onunla evlənmək istəyib:

"Niyə hər zaman insan düşünür ki, əgər həmkarınla bir səhnəni bölüşürsənsə deməli aralarında nələrsə var. Uşaqlıqdan hamı İzzətlə məni sevgili bildi, indi isə Niyam Salami ilə. O zamanlar qızlar İzzəti dəhşət dərəcədə sevirdilər. Gəlirdilər onu görməyə İzzətdə lovğana-lovğana çıxırdı qabaqlarına. Bu uşaqlıq qısqanclığı idi, baxırdım ağlayırdım".

Milli.Az

Chosen
40
50
milli.az

10Sources