İtaliya çempionatında 22 yaşlı futbolçu epilepsiya keçirib və ürək dayanması yaşayıb.
Bizim.Media xəbər verir ki, hadisə "İnter"lə matçda qeydə alınıb.
Belə ki, "Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bove 17-ci dəqiqədə huşunu itirib. Oyun dayandırılıb və təxirə salınıb.
Xəstəxanaya çatdırılan oyunçu orada özünə gəlib, onun həyatına heç bir təhlükə yoxdur.
Bizim.Media