EN

Oksford lüğəti 2024-cü ilin sözünü seçib

Hər il ən populyar ingilis sözlərini müəyyən edən Oksford İngilis dili lüğətini hazırlayan “Oxford Languages” 2024-cü ilin məşhur sözünü müəyyən edib.

"Unikal" xəbər verir ki, "Oxford University Press"in mətbuat xidmətinin bəyanatına görə Oksford lüğəti “beyin çürüməsi” adını 2024-cü ilin sözü adlandırıb 

Lüğət insanın psixi vəziyyətinin pisləşməsini primitiv sayılan onlayn məzmunun həddindən artıq istehlakı ilə əlaqələndirir. Son bir il ərzində bu söz 230% daha çox axtarılıb. 

“Brainrot” sözü ilk dəfə amerikalı yazıçı Henri Devid Toro tərəfindən “Walden və ya Meşədəki həyat” kitabında istifadə edilib. Son aylarda o, bloggerlərin və jurnalistlərin adi leksikonuna daxil olub.

Gülayə Mecid 

Chosen
195
1
unikal.az

10Sources