EN

Qvineyada hakim qərarı 100-dən çox insanın ölümünə səbəb oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qvineyanın cənub-şərqində yerləşən Nzerekore şəhərində futbol matçı zamanı azarkeşlər arasında kütləvi dava baş verib, nəticədə onlarla insan həyatını itirib.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, insidentə hakimin mübahisəli qərarları səbəb olub.
Hakim komandalardan birinin oyunçusuna qırmızı vərəqə göstərib və penalti təyin edib, bundan sonra azarkeşlər arasında dava başlayıb.
Polis onları ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qazdan xilas olmağa çalışan azarkeşlər stadionu tərk etməyə çalışıb və çıxışlarda izdiham yaranıb.
Qeyd edək ki, 100-dən çox insan ya boğularaq, ya da küçəyə çıxmağa çalışarkən stadionun divarlarından yıxılaraq həyatını itirib.
Chosen
19
oxu.az

1Sources