EN

Bayden oğlunu əfv edib

ABŞ prezidenti Co Bayden oğlu Hanteri əfv edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı rəsmi bəyanatda məlumat verilib.

“Hanter sırf mənim oğlum olduğu üçün hədəfə alındı və bu yanlışdır. Oğlumu sındırmağa çalışaraq, məni sındırmağa çalışdılar”, - deyə siyasətçi vurğulayıb.

Bayden bildirib ki, bu gün mən oğlum üçün əfv fərmanı imzaladım.

Ağ Ev liderinin sözlərinə görə, Hanterin işində cinayətlərdə qabaq alıcının istifadəsi və ya alınmış silahdan istifadə kimi ağırlaşdırıcı faktorlar yoxdur. 

Qeyd edək ki, Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
40
missiya.az

1Sources