EN

Kərə yağı kəskin bahalaşdı - Yeni qiymətlər

Azərbaycanda kərə yağı kəskin bahalaşıb.

Olaylar.az bu barədə "İctimai TV"yə istinadən xəbər verir.

Bildirilib ki, son 2-3 ayda qiymətlər təxminən 30 faiz artıb. Əvvəllər 19 manata satılan yağı indi alıcılara 24 manata təklif edilir.

Azərbaycan kərə yağını özü də istehsal edir, amma tələbat idxalın köməyi ilə ödənilir. Ölkəmizə kərə yağı əsasən Ukrayna və Belarusdan gəlir.

Son 1 ildə bütün dünyada ağartı məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Yəni xammalın qiyməti artdığından yağ da bahalaşıb. Amma məsələ burasındadır ki, idxal olunan yağın qiyməti ilə mağzalarada satılan yağın qiyməti arasında kəskin fərq var. Halbuki dövlət yağ idxalı ilə məşğul olan sahibkarlara güzəştli rüsum da tətbiq edib. Yəni bu sahə ilə məşğul olanlar üçün gömrük rüsumları çox deyil. O zaman sual yaranır. Azərbaycanda kərə yağı niyə bahadır? Araşdırmamız zamanı o da məlum oldu ki, kərə yağı özümüzə çatmır, amma Rusiyaya ixrac olunur. Yəni azərbaycanlı sahibkarlara yağı Rusiyada daha baha satmaq olduqca sərfəli görünür.

Daha ətraflı aşağıdakı süjetdə:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
29
olaylar.az

10Sources