EN

Futbol oyunu vaxtı 100 azarkeş ÖLDÜ

Qvineyanın ikinci böyük şəhəri Nzerekoredə futbol matçı zamanı azarkeşlər arasında baş verən insidentdə 100-ə yaxın insan həlak olub.

Bakupost.az "Barron's"a istinadən xəbər verir ki, həkimlərdən biri təxminən 100 nəfərin öldüyünü, yerli xəstəxana və morqun cəsədlərlə dolu olduğunu bildirib.

Hadisəyə hakimin mübahisəli qərarları səbəb olub. O, qırmızı vərəqə göstərib və ardınca komandalardan birinin qapısına penalti təyin edib. Bundan sonra azarkeşlər arasında dava başlayıb.

Polis onları ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qazdan xilas olmaq istəyən azarkeşlər stadionu tərk etməyə çalışdıqları üçün çıxışlarda tıxac yaranıb. Bir çoxları boğularaq və ya küçəyə çıxmağa çalışarkən stadionun divarlarından yıxılaraq həyatını itirib.

Matçın Qvineyadakı üsyançıların lideri, polkovnik Mamadi Dumbuyaya həsr edilmiş turnirin bir hissəsi olduğu bildirilib.
Chosen
12
bakupost.az

1Sources