EN

DİQQƏT: "WhatsApp"la sizi belə aldada bilərlər

Vətəndaşların "WhatsApp" hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir.
 
Son vaxtlar "WhatsApp" yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.
 
Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.
 
Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar "WhatsApp" hesabınızı ələ keçirə bilərlər.
 
Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda "WhatsApp" və bənzəri messencer tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.
 
Ətraflı süjetdə:
 

Chosen
3
25
valyuta.az

10Sources