EN

Futbol matçında faciə: 100-ə yaxın azarkeş həlak oldu

style='margin-bottom:10px;'>

Qvineyanın ikinci böyük şəhəri olan Nzerekoredə futbol matçında azarkeşlər arasında qarşıdurma baş verib. 

QOL.az xəbər verir ki, bu barədə "Barron's" məlumat yayıb.

Həkimlərdən birinin sözlərinə görə, hadisə nəticəsində 100-ə yaxın insan dünyasını dəyişib. Cəsədlər yerli xəstəxana və moqrları doldurub.

Məlumata görə, insidentə səbəb hakimin qırmızı vərəqə göstərməsi və daha sonra komandalardan birinin qapısına penalti təyin etməsi olub. Bundan sonra isə azarkeşlər arasında dava-dalaş yaranıb.

Polis onları ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu zaman azarkeşlər stadiondan qaçmağa başlayıblar və çıxışlarda sıxlıq yaranıb. Çoxları boğularaq və ya küçəyə çıxmaq istəyərkən stadionun divarlarından yıxılaraq ölüb.

Görüşün Qvineya üsyançılarının lideri polkovnik Mamadi Dumbuyanın şərəfinə keçirilən turnirin bir matçı olduğu bildirilir.

Chosen
24
teleqraf.com

1Sources