EN

Bazar ertəsi polis Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin işi üzrə prosesin keçirildiyi Nəsimi Rayon Məhkəməsinin binasına gedən yolları bağlayıb. Polis güc tətbiq edərək altı AXCP fəalını: Milli Şuranın üzvü Vidadi Mirkamal, həmçinin Məmməd İbrahim, Gülnarə Rəhimova, Ruslan Əmirov, Elçin Hacıvəlli və Rövşən Səfərovu saxlayıb.  

Partiyanın sədr müavini Seymur Həzinin Turan-a verdiyi məlumata görə, polis məhkəmə binası ətrafında geniş bir ərazini mühasirəyə alıb və yaxınlaşmağa çalışanları sıxışdırır.

DİN fəalların saxlanılmasının səbəbini şərh etmir.

Chosen
45
turan.az

1Sources