EN

“By Məcid Şou” ailəvi restorandır yoxsa təhlükə mənbəyi? – Qida problemi, vergidən yayınma asayış pozuntusu daha nələr…

Hər birimiz əylənmək üçün restoranlara üz tuturuq. Bu həyatımızda, xüsusən də həftə sonu olur amma bəzən olur ki, özlərinə sahibkar adı qoyan işbazlar bundan istifadə edir. Demək olar ki, işlətdikləri məkanlar soyğunçuluqla məşğuldur. 

“Azərbaycan Reallığı” xəbər verir ki, bunlardan biri də paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov 2q ünvanda yerləşən, əvvəl “Aliance Garden” kimi hal-hazırda isə “By Məcid Şou” kimi fəaliyyət göstərən məkanlardan birdir. Apardığmız araşdırmalara görə, bu məkanda bir sıra qayda pozuntuları olur ki, o da insan sağlamlığı üçün nəinki fəsadı var, həmçinin olduğca təhlükəlidir. 

Qapalı məkanda qəlyan tüstüsündən göz açmaq olmur. Havalandırıcılar sıfır dərəcəsindədir, musiqili məkan kimi fəaliyyət göstərən bu restoranda ağız deyəni qulaq eşitmir. Məkana azyaşlı uşaqlar buraxılır, bundan əlavə yüngül həyat tərzi keçirən xanımlara da rast gəlmək olar.  

Bu da azyaşlı uşaqların psixologiyasına travma yaşada bilər. Onların gələcəyi sual altında qalır. Restoranın qarşısında ictimai asayış hər gün olmasa da demək olar günaşırı pozulur. Spirtli içki qəbul edən müştərilər bir-birlərinə qarşı üfünət iyi verən söyüşləri, mübahisələri danışıb mübahisə ediləsi deyil.  

Adını ailəvi restoran qoyan bu məkanın səhnəsinə çıxan bəzi müğənnilərin geyim tərzinə diqqət etsəz dincəlmək üçün getdiyniz hansısa hamamda bəylərə xidmət göstərən masajistkanın geyimindən heç də fərqlənmirlər. Sifariş etdiyiniz qidalarında ciddi problemlər olur, bütün günü özlərini 50 faiz endirimlə reklam edən məkanın qidasında təbiki problem olacaq.  

Necə olur bazar qiyməti ilə ölçülən 15-16 manatlıq ətin kilosunu 7-8 manata alasan? və yaxuda bazar qiyməti ilə sənə təqdim olunan 50-60 manatlıq içki müştəriyə 25-30 manata satıla? Təbii ki, bu suallara və nöqsanlara bu məkanda nə qədər ki zəhərlənmədən ölən müstəri olmayıq Qida Təhlükəsizlik Agentiliyi araşdırma aparıb tədbirin görəcəyinə ümüd edirik. Məkanda bununla da nöqsanlar bitmir, sonda ödəniş zamanı ödənişi post-terminalla etmək istədikdə xidmətçi terminalın işləmədiyini, ödənişi kartdan-katda etməyi təkli edir. 

Bu da qanun pozuntusudur, vergidən yayınmaqdır bununlada bağlı son vaxtlar aidiyyəti qurumların ciddi şəkildə cəza tədbirlərinin şahidi oluruq. Məkanda fəaliyyət göstərən onlarla işçinin əmək müqaviləsi də yoxdur 

“Azərbaycan Reallığı”na daxil olan məlumata görə barəsində bəhs etdiyimiz məkanın icaradarı Zöhrab adlı şəxdir. Bu şəxs özünü Qarabağ müharibəsi iştırakçısı kimi təqdim edir amma hansısa məsələdə məhsuliyyəti öz üzərindən asanlıqla atıb özünə yaxın olan hansısa şəxsin üzərinə qoyur. Üstəlik ona yaxın olan şəxsin şəxsiyyətini də asanlıqla alçalda bilir. Bir sözlə, Zöhrab müəllim bu işin peşəkarıdır.

Sadaladıqmız bir neçə ciddi nöqsanlarla bağlı ümidvarıq aidiyyəti qurumlar araşdırmalar aparıb öz tədbirlərini görəcəklər. Bizim işimiz isə gördüyümüz problemi yazıb ictimailəşdirməkdir. Araşdırıb qərar vermək isə adiyyəti qurumların üzərinə düşür
Yazıda adı çəkilən tərəflərin mövqeyi olarsa onların da mövqeyini dərc etməyə hazırıq
Ardı olacaq bizi izləyin…
Chosen
9
yenigundem.az

1Sources