EN

İndiyədək kirayə mexanizmi çərçivəsində 6 minə yaxın müqavilə bağlanıb

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 minə yaxın kirayə müqaviləsi bağlanılıb.

"APA-Economics" xəbər verir ki, bunu keçirilən mediatur zamanı İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov deyib.

O bildirib ki, mexanizmdən yararlananların təxminən 70%-i gənclərdir.

Ümumilikdə isə əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 14 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib.

Chosen
38
2
apa.az

3Sources