Həma əyalətinin hərbi kəşfiyyatının rəhbəri general Uday Qassa öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə silahlılar məlumat yayıb.
Məlumata görə, generala PG-7 tank əleyhinə döyüş başlığı quraşdırılmış kiçik PUA ilə hücum edilib.
Qeyd edək ki, Uday Qassa Qassa Həmada kəşfiyyat və hərbi əməliyyatların koordinasiyasında əsas fiqur hesab olunub.