EN

İrəvan azərbaycanlıların hüquqlarını təmin etməlidir - XİN

Qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov deyib.

O bildirib ki, beynəlxalq hüquqi aktlar qaçqınların təkcə öz dövlətinə deyil, həm də vaxtilə yaşadıqları ərazilərə qayıtmasını dəstəkləyir:

“Ermənistan Qərbi azərbaycanlıların yaşadıqları ərazidəki varis dövlət olaraq onların hüququnu təmin etməlidir”.

Chosen
5
4
axar.az

6Sources