EN

"Fiorentina"nın "İnter"lə oyunda huşunu itirən futbolçusunun vəziyyəti açıqlanıb

"Fiorentina"nın

İtaliya A seriyasının XIV turunun "İnter"lə matçında huşunu itirərək yerə yıxılan "Fiorentina"nın futbolçusu Edoardo Bovenin son durumu bəlli olub.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Edoardo Bove reanimasiya şöbəsində hospitalizasiya edilib.

"Bənövşəyilər"in oyunçusu təcili yardım şöbəsinə stabil hemodinamik vəziyyətdə çatdırılıb və ilkin kardioloji və nevroloji testlər mərkəzi sinir sistemi və kardiotənəffüs sistemində kəskin zədələrin olmadığını təsdiqləyib.

Edoardo Bovenin vəziyyəti növbəti 24 saat ərzində yenidən qiymətləndiriləcək.

O, daha əvvəl də ürəyinin dayanmasına və huşunu itirməsinə səbəb olan epileptik tutma keçirib. Hazırda futbolçunun səhhətinin qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, bu hadisədən sonra baş hakim Daniele Doveri hər iki tərəflə müzakirə apararaq "Fiorentina" - "İnter" qarşılaşmasını yarımçıq dayandırıb.

Chosen
11
2
xalqcebhesi.az

3Sources