EN

Ukraynanın kapitulasiyası olmayacaq, Donald Tramp buna izn verməyəcək

Ukraynada müharibə kritik məqama çatıb. Yeni seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasından sonra ABŞ-ın Ukraynaya dəstəyini davam etdirib-etməyəcəyi ilə bağlı suallar yaranıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin “Kyodo News”a verdiyi məlumata görə, Tramp və komandası Ukraynanın mövqeyini və onu danışıqlar masasında “güclü mövqeyə” oturtmaq məqsədi daşıyan “qələbə planını” öyrənirlər.

“Onlar planı öyrənirlər və biz onları eşidəcəyik, lakin Ukrayna tərəfindən kapitulasiyası olmayacaq” – deyə Zelenski bildirib.
Prezident deyib ki, o, ABŞ-ın yeni seçilmiş prezidenti ilə “bəzi şeyləri daha təfərrüatlı şəkildə izah etmək üçün” əlavə danışıqlar aparacağını gözləyir.

//Samir Qurbanov, Editor.az

Chosen
16
50
editor.az

10Sources