EN

Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü

Gəncə şəhərində azyaşlı qız xəstəxanada vəfat edib.

Hadisə dekabrın 1-nə keçən gecə Gəncə şəhərindəki Uşaq Xəstəxanasında baş verib.

Xəstəxanaya yerləşdirilmiş 2019-cu il təvəllüdlü R. Qarzadə təcili yardıma çatdırılmasına baxmayaraq vəfat edib.

Azyaşlının onkoloji xəstəlikdən əziyyət çəkdiyi və xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

/Publika.az

Chosen
14
2
referans.az

3Sources