EN

Google-un süni intellektlə bağlı problemləri...

Google süni intellekt texnologiyalarının yüksəlişi və bazar rəqabəti səbəbindən axtarış trafikinin və gəlirlərinin azalmasından narahatdır. Gənc nəsil məlumat toplamaq üçün ChatGPT kimi süni intellekt vasitələrindən və Amazon kimi alternativ platformalardan istifadə edir.

QHT.az xəbər verir ki, eMarketer-in proqnozuna görə, 2025-ci ildə Google-un ABŞ axtarış reklamları bazarındakı payı ilk dəfə 50%-dən aşağı düşəcək. Süni intellektlə yaradılan məzmunun artması və digər şirkətlərin rəqabət addımları Google-un populyarlığını təhdid edir.

Noyabrın 20-də ABŞ Ədliyyə Nazirliyi Google-un inhisarını aradan qaldırmaq üçün tövsiyələr irəli sürüb. Bunlara Chrome-un satılması və süni intellekt sahəsinə investisiyanın məhdudlaşdırılması daxildir. Nazirlik Google-un rəqabətə zidd təcrübələrlə bazarda üstünlük əldə etdiyini iddia edir.

 

R.İmanov

Chosen
57
qht.az

1Sources