EN

17 yaşlı şagird xoş niyyətinin qurbanı oldu - Öldürüb, maşınını qaçırtdılar

ABŞ-nin Miçiqan ştatında 17 yaşlı gənc axşam saatlarında evə gedərkən iki gənci evlərinə aparmağı təklif edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, həmin iki nəfər gənci öldürüb və avtomobili qaçırıblar.
 
Araşdırmalar zamanı məlum olub ki, 14 yaşlı gənc qətldən əvvəl başqa avtomobil oğurlamaq üçün Spaz adlı şəxslə əlaqə saxlayıb.

Hadisə ilə bağlı istintaq davam edərkən, iki şübhəlinin də yaxalandığı məlum olub.
 
Mikayıl

Chosen
22
azxeber.com

1Sources