EN

Prezident İlham Əliyev Vergi Məcəlləsinin tətbiq edilməsi barədə fərmana dəyişiklik edib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının VergiMəcəlləsində dəyişiklik edilməsi haqqında” AzərbaycanRespublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəliQanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinintəsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməməsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və buQanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinintətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklikedilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki,Fərmanın mətnində deyilir:

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin164.1.20-ci maddəsində “orqan (qurum)” dedikdə AzərbaycanRespublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “AzərbaycanRespublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQDnömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələlərihaqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiqedilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsibarədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqusttarixli 393 nömrəli Fərmanının (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I);2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, №8, maddə 947) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.7-ci bəndə “164.1.7-ci,” sözlərindən sonra “164.1.20-ci,”sözləri əlavə edilsin;

3.2. 1.47-ci bənd ləğv edilsin.

Chosen
37
9
az.trend.az

10Sources