EN

Şolts Kiyevə qəfil səfər edib- “Bild” səfərin məqsədindın yazıb

Almaniya kansleri Olaf Şolts Kiyevə qəfil səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə “Bild” yazıb.

Nəşr Almaniya hökumətinin başçısına yaxın mənbələrə istinadən yazır ki, məqsəd Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin həlli üçün nə ilə razılaşacağını anlamaqdır.

“Bild”a danışan mınbələr iddia edirlər ki, siyasətçinin səfəri çoxdan planlaşdırılıb: “Şoltsun Kiyevə səfəri hələ noyabrın əvvəlində Almaniyada hakim koalisiyanın dağılmasından əvvəl hazırlanırdı. Almaniya kansleri Ukraynaya ABŞ seçkilərindən sonra və Donald Tramp ölkə prezidenti vəzifəsinə başlamazdan əvvəl səfər etməyi planlaşdırıb”.

Şolts Almaniyada baş verənlərə baxmayaraq, hələ də hökumətin başçısı olduğunu nümayiş etdirmək istəyir. Bundan başqa, kansler siyasi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirmək niyyətindədir.

Şolts dekabrın 2-də Kiyevə səfərə gəlib. Məlumata görə, o, Zelenski ilə danışıqlar aparacaq. Almaniya hökumətinin mətbuat xidməti artıq bəyan edib ki, kansler Ukraynaya 650 milyon avro məbləğində hərbi yardımın çatdırılmasını elan edəcək

Azpost.info

 

Chosen
16
50
azpost.info

10Sources