EN

PSJ-də gərginlik

PSJ-də baş məşqçi Luis Enrike ilə vinger Osman Dembele arasında mübahisə yaşanıb.

Futbolpress.az xəbər verir ki, Paris klubunun Çempionlar Liqasında “Bavariya”ya uduzduğu oyunda (0:1) qırmızı vərəqə alan fransalı oyunçu ispan mütəxəssislə gərginlik yaşayıb.

Dembele bundan sonra komandanın Liqa 1-də “Nant”la matçında (1:1) iştirak ərizəsinə daxil edilməyib. Fransa mətbuatının xəbərinə görə, Dembele baş məşqçisinin sistemini bəyənmir və bu səbəbdən mübahisə yaşanıb.

27 yaşlı futbolçu bu mövsüm 16 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

Chosen
331
futbolpress.az

1Sources