EN

Məhkəmə Əli Kərimlini 1500 manat cərimələdi

Dekabrın 2-də Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Ə.Kərimli 1500 manat cərimə olunub.

AXCP sədri qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Beş il öncə AXCP-dən xaric olunmuş, sonradan məhkəmə qərarı ilə bu partiyaya bərpa edilən Aydın Əliyev xüsusi ittiham qaydasında iddia qaldıraraq Ə.Kərimlinin cəzalandırılmasını tələb edir. O, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə AXCP sədrinin məsuliyyətə cəlb olunmasını istəyir.

A.Əliyev iddia edir ki, Ə.Kərimli müxtəlif internet televiziyalarındakı çıxışlarında ona böhtan ataraq hakimiyyətlə əməkdaşlıqda suçlayıb.

Chosen
22
17
azpost.info

10Sources