Aktual.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə sabiq təhsil naziri, filologiya elmləri doktoru, professor Firudin Cəlilov deyib.
O bildirib ki, Azərbaycanda erməni dilinin tədrisi vacibdir:
"Bizdə mütəxəssis yoxdur. İrəvanda isə var. Bizə ideoloji səviyyədə onlarla mübarizə aparmaq üçün kadrlar lazımdır. İrəvanda Qarabağ ermənilərini bu gün də qəbul etmirlər. Deyirlər, siz dönməsiniz. Bundan istifadə etmək lazımdır”.