EN

Ölkələr plastik çirklənmənin qarşısının alınması ilə bağlı danışıqlarda razılığa gələ bilmədilər

Ölkələr plastik çirklənmənin qarşısının alınması ilə bağlı danışıqlarda razılığa gələ bilmədilər

Cənubi Koreyada plastik çirklənmənin qarşısının alınması üçün aparılan danışıqlar razılığa gəlmədən başa çatıb.Ötən həftə Cənubi Koreyanın Busan şəhərində 100-dən çox ölkənin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Hökumətlərarası Danışıqlar Komitəsinin (INC) iclası keçirilib."Yonhap"ın məlumatına görə, INC prezidenti Luis Vayas Valdivieso verdiyi açıqlamada plastik çirklənmənin qarşısının alınması üçün qanuni qüvvəyə malik razılaşmanın əldə edilməsi üçün aparılan danışıqların beşinci raundunun razılaşma olmadan başa çatdığını açıqlayıb.Valdivieso bildirib ki, bu, son görüş olması planlaşdırılsa da, razılıq əldə olunmadığı üçün danışıqların növbəti tarixdə davam etdirilməsinə qərar verilib.Mediada plastik və ya polimer istehsalının tənzimlənməsi və hər hansı razılaşmaların həyata keçirilməsi üçün maliyyənin ayrılması ilə bağlı fikir ayrılıqlarının olduğu bildirilir.Qeyd edək ki, INC 2040-cı ilə qədər plastik çirklənməyə son qoymaq öhdəliyi ilə beynəlxalq hüquqi cəhətdən məcburi müqavilə hazırlamaq üçün 2022-ci ildə BMT qətnaməsi əsasında yaradılmışdır.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına görə, qlobal plastik tullantıların miqdarı 2060-cı ilə qədər təxminən üç dəfə artacaq.

Chosen
10
2
afn.az

3Sources