EN

Türkiyə, Rusiya və İran Suriya ilə bağlı Astana formatında görüş keçirəcək

Ankara ümid edir ki, yaxın gələcəkdə Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyəti həll etmək üçün Astana formatında nazirlər səviyyəsində görüş keçirəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib və diplomatik idarənin sosial şəbəkələrdəki səhifələrində yayımlanıb.

Fidanın sözlərinə görə, o, artıq rusiyalı həmkarı Sergey Lavrovla Astana prosesinin bərpasını müzakirə edib. Yaxın vaxtlarda format yenidən təşkil olunacaq.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib.
 
Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

Noyabrın 30-da Suriya Müdafiə Nazirliyi terrorçu qrupların Hələb şəhərinin bir çox ərazisinə daxil olduğunu açıqlayıb. Rusiya təyyarələri yaraqlıların cəmləşdiyi yerə zərbələr endirməyə başlayıb.
 
Aytac

www.anews.az
Chosen
26
7
anews.az

8Sources