EN

"Suriyada üsyançıların hücumları Rusiyanın aviasiya zərbələri altında davam edir" - BBC

 
"Bəşər Əsəd və müttəfiqlərinin ölkənin hava məkanına nəzarət etdiyi şəraitdə üsyançılar tutduqları mövqeləri qoruyub saxlaya biləcəkmi?.."
 
Suriyalı üsyançılar Hələb şəhərini ələ keçirdikdən sonra cənub istiqamətində hücumunu davam etdirir. Rusiya aviasiyası Əsəd rejiminin nəzarətində olmayan ərazilərə zərbələr endirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Müxalifət qüvvələri Suriyanın dördüncü böyük şəhəri olan Həma yaxınlığındakı kənd ərazisində yerləşib. Bu barədə Böyük Britaniyada yerləşən Suriyanın insan haqlarına riayət edilməsi üzrə monitorinq Mərkəzi (SOHR) məlumat verib.
 
SOHR müşahidəçiləri məlumat verib ki, son bor neçə saat ərzində Əsəd hökuməti xeyli kömək göndərərək Taybat əl-İmam şəhəri və Həma əyalətinin şimalında Həttab və Suran qəsəbələrində, habelə əsasən xristianların yaşadığı Əs-Sukəyləbiyyə və Məhrəd şəhərlərində müdafiə xətti yaradır.
 
SOHR məlumat verib ki, Suriyanın hökumət qoşunları Hələb şəhərini tərk edib. Suriyanın bu ikinci böyük şəhəri hərəkatın əsas qüvvəsi olan "Həyat Təhrir əş-Şam"ın timsalında tamamilə Suriya müxalifətinin nəzarətinə keçib. Hələbin kürd qüvvələrinin nəzarətində olan rayonlar istisnadır.
 
Hələbin cənubuna doğru İdlib və Həma şəhərləri yerləşir. Müxalifət qüvvələri şimal-qərbdə yerləşən İdlib şəhərinə və bitişik əyalətin böyük hissəsinə nəzarət edir.
 
Suriya Müdafiə Nazirliyi bəyan edib ki, hökumət üsyançı qüvvələrə qarşı yeni əkshücuma hazırlaşır. Rusiya və Suriyanın hərbi təyyarələri İdlib və Həma şəhərlərinin şimal əyalətlərində müxalif qüvvələrə aviasiya zərbələri endirib.
 
SOHR məlumatına görə, Rusiya aviasiyası İdlibin rayonlarından birində yerləşən qaçqın düşərgəsinə beş dəfə zədbə endirib, nəticədə səkkiz nəfər həlak olub.
 
Sonradan məlumat verilib ki, Rusiya təyyarələri Hələbdəki Dövlət Universiteti hospitalına dörd dəfə zərbə endirib, nəticədə beş nəfər həlak olub, onların arasında dinc sakinlər də var.
 
Rusiyanın Suriyada düşmən tərəflərin barışığı üzrə Mərkəzinin məlumatında hospitala zərbə haqqında deyilmir və qeyd edilir ki, son sutka ərzində Hələb, Həma və İdlib əyalətlərinə raket-bomba zərbələri endirilib.
 
Hazırda üsyançıların Əsəd və müttəfiqlərinin ölkənin hava məkanına nəzarət etdikləri şəraitdə hazırda ələ keçirdikləri əraziləri qoruyub saxlaya biləcəklərini demək çətindir.
Chosen
29
50
moderator.az

10Sources