EN

Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi

AXCP sədri Əli Kərimli ilə bağlı verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı partiyanın üzvləri məlumat yayıblar.
Bildirilib ki, Nəsimi Rayon Məhkəməsi AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib.
Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, Ə.Kərimli barəsində sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərən A. Əliyev AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə partiya sıralarından kənarlaşdırılıb. Həmin vaxt Əli Kərimli məsələ ilə bağlı öz sosial şəbəkə hesabında dərc etdiyi məlumatda bildirib ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb.

Chosen
19
1
tribunainfo.az

10Sources