EN

Mülki müdafiə sahəsində görülmüş işlərlə bağlı müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Şirvan şəhər, Salyan, Hacıqabul, Saatlı, Sabirabad, Neftçala, İmişliBiləsuvar Rayon İcra hakimiyyətlərində, həmçinin Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan və Mil-Muğan Regional Təhsil idarələrinin həmin şəhər və rayonlarda fəaliyyət göstərən təhsil sektorlarında “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Poliqon nazirliyə istinadən xəbər verir ki, tədbirlərdə FHN Muğan Regional Mərkəzinin, sözügedən icra hakimiyyətlərinin, təhsil sektorlarının, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Müşavirələrdə Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb. Tədbirlərdə, həmçinin fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.

Poliqon.info

Chosen
4
2
poliqon.info

3Sources