EN

Hakan Fidan Belçikaya gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 3-4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. İordaniya kralı II Abdullahın iştirakı ilə keçiriləcək toplantının ilk iclasında Yaxın Şərqdəki böhran və NATO ilə İordaniya arasında əməkdaşlıq müzakirə olunacaq. Sessiya zamanı Fidan Suriyadakı çoxşaxəli problemlərin, xüsusən də terror ünsürlərinin qeyri-sabitliyi təşviq etməkdə davam etdiyini, NATO-nun cənub-şərq qanadını təşkil edən Türkiyənin bölgədə qeyri-sabitliyin yayılmasının qarşısını almaq məqsədi daşıyan mövqeyini dəstəkləməyin vacib olduğunu bildirəcək.  Həmşinin iclasın NATO-Ukrayna Şurasının sessiyasında Ukraynanın xarici işlər naziri Andrii Sibiha və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın iştirak edəcəyi gözlənilir . Sessiya zamanı Rusiya-Ukrayna müharibəsində sahədəki son vəziyyət müzakirə olunacaq.  

 

Chosen
16
50
manset.az

10Sources