EN

Putin təcili Pezeşkianla danışdı: Suriya böhranı müzakirə edildi


Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Musavat.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas mövzu Suriya böhranı olub.

“Əsas diqqət Suriya Ərəb Respublikasındakı vəziyyətin gərginləşməsinə yönəlib. Terrorçu qrupların və bandaların genişmiqyaslı təcavüzü Suriya dövlətinin suverenliyinə, siyasi və sosial-iqtisadi sabitliyinə zərbə vurmaq məqsədi kimi qiymətləndirilir”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Suriyanın qanuni hakimiyyətinin ölkənin konstitusiya quruluşunun və ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara qeyd-şərtsiz dəstək ifadə olunub və Türkiyənin də iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

“Prezidentlər arasında və “digər səviyyələrdə” gələcək təmasların planı müəyyən edilib”, - mətbuat xidməti bildirib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
20
musavat.com

1Sources