EN

"İnter"lə matçda huşunu itərən futbolçunun durumu bəlli oldu

A Seriyasının 14-cü turunun "İnter"lə oyununda huşunu itirən "Fiorentina"nın futbolçusu Edoardo Bovenin durumu bəlli olub.

Sportal.az xəbər verir ki, italiyalı yarımmüdafiəçinin vəziyyəti yaxşılaşıb. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

22 yaşlı futbolçunun süuru yerindədir və suallara cavab verir. İtaliya U-21 millisinin üzvünün beynində və ürəyində hər hansı problem aşkarlanmayıb.

Qeyd edək ki, dünən baş tutan "Fiorentina" - "İnter" matçının 17-ci dəqiqəsində Edoardo Bove qəfildən yerə yıxılıb. Oyunçu dərhal xəstəxanaya aparılıb. Hakimin qərarı ilə matç yarımçıq dayandırılıb.

saytlarin hazirlanmasi

Chosen
21
1
sportal.az

2Sources