EN

Oxford Lüğəti ilin sözünü açıqladı: "Beyin çürüməsi"

Oxford Lüğəti 2024-cü ilin sözünü "beyin çürüməsi" ifadəsi olaraq seçib.

Sitat.info xəbər verir ki, Bu termin, sosial medianın əyləncə məqsədli və lazımsız istifadəsini, həmçinin sonsuz miqdarda beyni uyuşduran məzmunların izlənməsini təsvir edir.

Seçim prosesi zamanı 6 namizəd ifadə arasında 37 mindən çox insanın iştirakı ilə keçirilən səsvermə nəticəsində "beyin çürüməsi" ilin sözü olaraq müəyyən edilib.

Oxford Lüğətinin açıqlamasında bildirilir ki, bu ifadə, son bir ildə cəmiyyətin texnologiya və sosial mediaya yanaşmasını, eləcə də yaranan davranış tərzlərini əks etdirir.

Seymur BƏNNAYEV 

Sitat.info

Chosen
366
sitat.info

1Sources