EN

Demokratiya kimi ümumbəşəri dəyərlər Bayden üçün istifadə olunan termindir -ŞƏRH

ABŞ Prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə oğlu Hanter Baydeni əfv etmək qərarına gəlib. Prezident deyib ki, Hanterlə bağlı ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməyə və seçilməyimə qarşı çıxmağa başladıqlarından sonra səsləndirildi.

Baydenin oğlu isə əyyaş, narkoman, cinayət törətmiş bir şəxsdir. 2018-ci oldən onun vergidən yayınması və qanunsuz silah saxlaması ilə bağlı araşdırma apaılır. 2023-cü ilin dekabrında isə konkret ittiham irəli sürülüb və barəsində məhkəmə qərarı var. 
Digər ölkələrə qanunun aliliyindən, "demokratiyadan" dərs keçməyə çalışan Bayden adminiatrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. 
Qeyd edək ki, Donald Tramp bunu sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirib. 

Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, Baydenin öz oğlunu əfv etməsi ilə bağlı qərarı Amerikada mübahisə edilən ciddi məsələlərdən biridir:

"Co Baydenin oğlunun Ukraynadakı fəaliyyəti, o cümlədən Amerikanın özündə onun adı ilə bağlı olan bir çox qalmaqal istintaqa qədər getdi. Hətta istintaqda sübut olundu ki, o, Ukraynada fəaliyyət göstərərkən dövlətin imkanlarından istifadə edib. Bundan başqa onun külli miqdarda vergidən yayınmaq məsələləri var. Eyni zamanda Baydenin oğlunun adı narkotik və yetkinlik yaşına çatmamış uşaqlarla bağlı cinsi sui-istismar məsələlərində hallanırdı. Bu da kifayət qədər ciddi ittihamlardır. Bunlar siyasətçi və dövlət başçısı kimi Baydenin də nüfuzuna təsir edirdi. Ona fəaliyyəti üçün həm də müəyyən problemlər yaradırdı. Həmçinin onun təzyiq altında qalmasına səbəb olurdu. Digər tərəfdən Bayden Ədliyyə nazirliyinə heç vaxt onların işinə qarışmayacağını bildirmişdi. Lakin gedərkən son anda özünü saxlaya bilmədi və oğlunu əfv etdi. Bu, ciddi bir hadisədir. Eyni zamanda çox doğru olaraq Donald Tramp da bunu vəzifədən sui-istifadə kimi dəyərləndirdi və qəbuledilməz adlandırdı. Ümumiyyətlə hazırkı ABŞ administrasiyasının vəziyyəti onu göstərir ki, demokratiya, insan haqları, qanunun aliliyi və bu tipli ümumbəşəri dəyərlər Co Baydenin qlobal iddialarının reallaşması üçün istifadə olunan terminlərdir".
Chosen
12
sherg.az

1Sources