EN

Şeyx Təmim və Pezeşkian arasında telefon danışığı olub

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl Tani İran prezidenti Məsud Pezeşkian ilə ikitərəfli münasibətləri və regional hadisələri müzakirə edib.

Qətər Əmirliyi Şurasının verdiyi açıqlamaya görə, Şeyx Təmim və Pezeşkian arasında telefon danışığı olub.

Görüş zamanı iki ölkə arasında münasibətlər və ortaq maraq doğuran məsələlər, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Bəyanatda görüş barədə ətraflı məlumat verilməyib.



Chosen
43
1
trt.net.tr

2Sources