EN

Yoxsulluğa məhkum olacaq 3 bürc

Astroloqlar qocalıqda yoxsulluğa məhkum olan üç bürcü açıqlayıblar.

Qoç bürcü altında doğulanlar hesab edirlər ki, pul xərcləmək üçün pul lazımdır. Qoçlar əgər bir şey görüb bəyənirsə, o zaman onu mütləq alırlar. Yəni onlar büdcələrinə, maddi imkanlarına fikir vermirlər. Həmin an istədiklərini mütləq əldə edirlər.

Qoç bürcləri yaxşı qazanan insanlardır. Amma onlar gec-tez maliyyənin tükənəcəyi barədə düşünmür. Qoç sağa-sola çox pul xərcləyir, bahalı cihazlara, avtomobillərə və başqalarının gözündə ona status qazandıracaq başqa şeylərə xərcini əsirgəmir. Ancaq sonda, qocalıqda, çox vaxt heç nə ilə qalırlar.

Əkizlər bürcü altında doğulan insanların maddi vəziyyəti çox vaxt yaxşı olur. Ancaq təəssüf ki, ulduzlar onlara yağışlı bir gün üçün pul yığmaq və qənaət etmək qabiliyyətini bəxş etməyib.

Əkizlər bürcü alış-verişi sevir və buna görə də qazandıqlarını dərhal nə isə almağa xərcləyir. Və bu istəklərin siyahısı daim yenilənir. Bədxərc olan əkizlər buna görə qocalıqda yoxsulluğu yaşayan bürclər arasındadır.

Balıqlara ən irrasional insanlardır. Bu bürcün nümayəndələri sabahı düşünmürlər. Anı yaşamağı sevirlər. Yəni pul bu gün varsa, bu gündə xərclənəcək.

Onlara varlanmaq üçün bir çox şanslar verilir. Amma təəssüf ki, Balıqlar onların fərqinə varmır. Bürcün nümayəndələri yalnız qocalıqda bu bədxərcliyi hiss edirlər.


Chosen
24
50
news24.az

10Sources