EN

Sahib Məmmədov BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyasında bəyanatla çıxış edib

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, təşkilat nümayəndələri brifinqdən sonra həmçinin komitə üzvləri ilə keçirilən görüş-müzakirədə iştirak ediblər. Görüşə virtual olaraq “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İsgəndərli də qoşularaq təşkilatın bəyanatını təqdim edib. Görüşdə Komitənin Ermənistan üzrə məruzəçilərinin sualları cavablandırılımış və dəqiqləşmələr ararılıb. Qarabağdan köçən erməni mənşəli şəxslər, müharibə cinayəti törətməkdə təqsirləndirilən həbs olunmuş ermənilər məsələsinə tam aydınlıq gətirilib.

Hər iki tədbir haqqında daha geniş məlumatlar mediada yerləşdiriləcəkdir. Brifinq və görüşdə həmçinin Strateji Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak edib və bəyanatla çıxış edib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyinin Ermənistanın 12-14-cü dövrü hesabatına təqdim etdiyi alternativ hesabatla bu linkdə tanış olmaq olar:

https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=INT%2FCERD%2FNGO%2FARM%2F60225&Lang=en

Brifinqdə səsləndirilən və komitə üzvlərini çap və elektron şəkildə təqdim olunan bəyanatı aşağıda verilir.

BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası (25-noyabr-13 dekabr 2024-cü il)

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyinin birgə

Bəyanatı

Ermənistan dövləti BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi Komitəsinə təqdim etdiyi hesabatda Ermənistan dövlətinin irqi-ayrı seçkilik siyasətindən və fəaliyytindən bəhs etməmiş, hesabatının əhəmiyyətli hissəsini qonşu dövlətə həsr edərək, saxta, mənbəyi olmayan və həqiqəti əks etdirməyən məlumatları dövrü hesabata daxil edib.

Bununla da Ermənistan dövləti İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Konvensiyası üzrə öhdəliklərinə dair hesabat dövründə həyata keçirməli olduğu fəaliyyətlər, Komitənin əvvəlki qeyd-şərtləri, irad və tövsiyələri  ilə bağlı həyata keçirməli olduğu hüquqi və praktiki fəaliyyətlərdən bəhs etmək əvəzinə 30 il ərzində zəbt edərək effektiv nəzarət etdiyi ərazilər haqqında saxta və mənbəsiz məlumatlar verməklə Komitənin reqlamentinə uyğun olmayan hesabat təqdim edib.

Etnik təmizləmə siyasəti

Ermənistan yarım əsr əvvəl etnik müxtəlifliyi ilə seçilən respublika olduğu halda, hazırda dünyanın ən monoetnik dövlətinə çevrilmişdir və hazırda əhalisinin 99%-ə qədərini yalnız bir xalqın nümayəndələri-ermənilər təşkil edir. Sonuncu böyük etnik təmizləmə Ermənistanın müstəqillik əldə etməsindən əvvəl 1988-ci ildə başlayıb və nəticədə 250 000 (bəzi mənbələrdə 320 000) azərbaycanlı əhali zorla və total şəkildə Ermənistandan deportasiya edilmişdir. Azərbaycanlılarla yanaşı digər xalqların nümayəndələri də “yumuşaq təzyiq” üsulu ilə sıxışdırlaraq köçməyə məcbur edilib. Hal hazırda öz tarixi vətənlərinə qayıtmaq istəyən azərbaycanlılar birləşərək öz icmalarını yaratmışdır. Lakin rəmi Ermənistan azərbaycanlıların öz vətənlərinə qayıtması üçün zəruri olan hüquqi və praktiki tədbirləri həyata keçirmir.

Ermənistanda olan mədəni irsin məhvi

1987–1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları Ermənistan ərazilərində azərbaycanlılara məxsus 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi qarət olunaraq dağıdılıb. 223 qəbiristanlıq, 370 məscid, 68 tarixi-memarlıq abidəsi dağıdılıb.

Hesabat dövründə də bu proses davam edib. Ermənistanın paytaxtı Yerevan şəhərində Azərbaycan xalqının mədəni irs nümunələrinin son qalıqları da məhv edilib. Hal hazırda Yerevanın Təpəbaşı adlanan ərazisində Azərbaycan xalqına məxsus olan bütün tarixi tikilillərin, dini obyektlərin son qalıqları da məhv edilib və ərazidə yaşayış massivi salınır.

İşğal dövründə yüzlərlə mədəni sərvət qəsdən və tamamilə dağıdılıb, zədələnib, talan edilib və tarixi-mədəni xarakterini dəyişmək məqsədilə dəyişdirilməyə məruz qalıb. 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan 2 məscid isə müsəlman dünyasına hörmətsizlik olaraq murdarlanaraq donuz və inək üçün tövlə kimi istifadə edilib.

Nifrət zəminində mülki əhalinin məhvi (kütləvi məzar yerlər)

Ermənistan Azərbaycan ərazilərini işğal edərkən 700 000 nəfərdən artıq insanı total və zorakı yolla deportasiya etmişdir. Deportasiya zamanı minlərlə insan məhv edilmişdir. Birinci və ikinci Qarabağ müharibəsi zamanı girov götürülən və itkin düşən 3 979 nəfər haqqında Ermənistan heç bir məlumat təqdim etdim. Bu şəxslər haqqında Beynəlxalq Qırmızı Xaç Komitəsinin veb səhifəsində də məlumat yerləşdilib. Həmin insanların əksəriyyəti nifrət və irqi zəmində məhv edilib, seksual istismara və qul əməyinə cəlb edilərək məhv edilib, sonradan işğal altında saxladıqları ərazidə kütləvi surətdə dəfn edilib. Ərazilər işğaldan azad edildikdən sonra 18 kütləvi məzar yerləri aşkar edilib. Həmin dəfn yerlərində 662-nəfər şəxsin, o cümlədən ahıl və uşaqların qalıqları götürülərək idetifikasiya olunub və onların vaxtilə Ermənistan tərəfindən girov və əsir götürlümüş şəxslər, o cümlədən uşaqlar və ahıl insanlar olması məlum olub.

Mediada və dərsliklərdə nifrət dil

Ermənistanda orta və ali məktəb dərsliklərinin hamısında azərbaycan və türk xalqlarına qarşı nifrət və təhqir dilindən istifadə olunur. Azərbaycan xalqına qarşı irqçi və saxtalamış məlumatlar verilir. Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən rəsmi mediada və sosial şəbəkələrdə azərbaycan xalqına qarşı irqçi fikirlər, nifrət və dözümsüzlüyü aşılayan marteallar verilir. Məktəblərdə kiçik yaşlarından başlayaraq uşaqlarda nifrət və qisas hissləri aşılanır. Uşaqlar məktəb yaşlarından hərbi təlimlərə və “hərbi-vətənpərvərlik təlimlərinə” cəlb edilirlər.

Mina terroru

Ermənistan dövləti Azərbaycanın 20 % ərazisini zəbt edərək nəzarətində saxlayarkən və əsasən də əraziləri tərk edərkən  ərazilərə milyonlarla piyadalar əleyhinə minalar basdırıb. Bunların əksəriyyəti müdafiə xarakterli deyil, mülki əhalinin məhvi üçün nəzərdə tutulub. Ermənistan-Rusiya və Azərbaycan arasında 10 noyabr 2020-ci ildə imzalanmış 3-tərəfli bəyanatdan sonra Ermənistan mina ərazilərinin xəritələrini təqdim etməkdən imtina edib. Yalnız lokal bir neçə ərazinin xəritəsi təqdim edilib ki, orada da minalı yerlər düz göstərilib, nəticədə onlardan istifadə mümkün olmayıb.

2020-ci ildə müharibə başa çatdıqdan sonra 382 nəfərin mina qurbanı olmasına baxmayaraq, Ermənistan minalanmış sahələrin dəqiq xəritələrini verməkdən imtina etməkdə davam edir ki, bu da ölkənin sülh və normallaşma prosesində bəyan etdiyi səmimi iştirakına ziddir. Həmçinin Ermənistan bununla öz yaşayış yerlərinə qaydan əhaliyə qarşı minna terroru təşkil etməklə irqçi siyasətini davam etdirir.

Komitə üzvlərindən xahiş edirik ki, Ermənistan dövlətindən aşağıdakılar barədə suallar versin:

Ermənistan dövləti başqa xalqlara, əsasən də azərbaycan xalqına aid olan mədəni irsin mühafizəsi üçün  hər hansı tədbirlər görübmü?

Ermənistan ərazisində azərbaycan xalqına məxsus olan hər hansı mədəni  və ya dini obyekt qalıbmı? Qalıbsa onların mühafizəsi necə təmin olunub?

Ermənistanın dövləti 30 il ərzində nəzarətə saxladığı Azərbaycan ərazilərində mövcud olan qəbristanlıqlarda qazıtı işləri aparan və ölmüş insanların  qızıl dişləri çıxarmaq üçün qızılaxtaran dəstələr barədə məlumatlı idilərmi? Məlumat var idisə belə insanlara qarşı hansı tədbirlər görülüb?

Hazırda Ermənistan ərazisində Azərbaycan mənşəli coğrafi adları, toponimləri, şəhər, kənd və qəsəbə adları vardırmı?

1988-ci ilin dekabr ayına qədər Ermənistanda yaşamış 250 000-dən artıq  azərbaycanlıya aid olan və fəaliyyət göstərmiş dini obyektlər, teatr binaları, muzeylərdən  hal-hazırda mövcud olanı varmı? Varsa təyinatı üzrə istifadə olunurmu?

Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərdəki muzeylərdən talan olunaraq aparılan muzey eksponatlarını Azərbaycana qaytaracaqmı?

"Cebheinfo.az" 

Chosen
2
1
cebheinfo.az

4Sources