İtaliyanın "Milan" klubu yarımmüdafiəçi Ticani Reyndersi uzun müddət komandada saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, A Seriyası təmsilçisi niderlandlı futbolçu ilə yeni müqavilə barədə danışıqlar aparır. Bu barədə yerli mətbuat məlumat yayıb.
Tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Yeni sözləşmə ilə futbolçunun maaşı artırılacaq və o bonuslar xaric illik 3,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, "Milan" Ticani Reyndersi ötən ilin yayında "AZ Alkmar"dan transfer edib. Niderland millisinin üzvü olan 26 yaşlı orta xətt oyunçusu bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media