EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - fəallıq və səylərinizi yönəldəcəyiniz istiqaməti müəyyənləşdirin. Yaxın gələcəkdə maksimum fayda əldə etmək üçün əsas fəaliyyət yönünü seçin. Yaxın ətrafınızdakı insanlar sizi nəyəsə razı salmağa çalışanda, güc və qüvvənizi, vaxt və səylərinizi tələb edən əmələ yönəltmək istəyəndə "yox" deməyi bacarın.

Buğa - günün ilk yarısında plan və ideyalar çoxdur. Vaxt, resurs, informasiya qıtlığına rəğmən növbəti layihəyə başlayın. İşlərdə qayda yaradın. Təmirə ehtiyac duyan avadanlıq və qurğunu normal vəziyyətə gətirin. Vədlərə əməl edin, öhdəlikləri yerinə yetirin.

Əkizlər - müsbət əhval-ruhiyyə ilə pozitiv davranış bir çox işləri görməyə yardım edəcək. Yeni tanış olduğunuz insanlarla ünsiyyətdə aqressiv davranmayın. Maraqlandığınız məsələnin təfərrüatlarını öyrənin.

Xərçəng - etiraf etmək gərəkdir ki, zəngin təcrübə irəliləyişin avtomatik, aprior təminatçısı deyil. Ötənlərdəki xidmətlərinizin dəyərləndiriləcəyini düşünməyin. Yaxın gələcəkdəki prosesləri indidən planlaşdırın. Yenilikləri əxz edin.

Şir - günün ilk yarısında əlahiddə fəaliyyətin nəticəsi pis, faydalı iş əmsalı aşağı olacaq. Dostların yardımlarından bəhrələnərək yaxşı nəticələr əldə etməyə can atın. Çox iş görmək fikrindən vaz keçin. Əks təqdirdə ifrat yorğunluğa düçar ola bilərsiniz.

Qız - xeyli əvvəl hazırladığınız planı həyata keçirə bilərsiniz. Niyyətlərin reallaşma zamanıdır. Amma yaranmış situasiyanın təhlilini və şəraitin dəyərləndirilməsini unutmayın.

Tərəzi - günün ilk yarısında həddən artıq önəmli hadisə baş verməyəcək. Amma hadisələrin gedişatından narazı qalmayacaqsınız. Çox ağır saydığınız problemi asanlıqla çözə bilərsiniz. Yanınızdakı insanlar sizinlə mübahisə etməyəcəklər. 

Əqrəb - günün ilk yarısı səyahətə və ya işgüzar səfərə yollanmaq üçün əlverişlidir. Bacarıqlarınızı, təcrübənizi ətrafınızdakı insanlara nümayiş etdirin. Lakin maliyyə məsələlərini həll etmək, təfərrüatlarına yaxşı bələd olmadığınız sahəyə sərmayə yatırmaq üçün münasib zaman deyil.

Oxatan - günün ilk yarısında işgüzar tərəfdaşlar və həmfikirlərlə ünsiyyətdə xeyir var. Bilik və bacarıqlarınızı nümayiş etdirin, bacarıqlarınızı artırın.

Oğlaq - eksperimentlər aparmaq, hadisələrin rutin axarına yeniliklər və əlavələr etmək olar. Yeni işgüzar fəaliyyət sxemi hazırlayın. Ünsiyyət tərzinizi dəyişin. Qayda və təlimatlara kor-koranə riayət irəliləyiş vəd etmir.

Dolça - günün ilk yarısında əmək məhsuldarlığınız və peşəkar imkanlarınız sizə özünüzə tam əminlik yaratmayacaq. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyətini öz işlərinizlə sürəkli müqayisə etməyin. Nikbin olun.

Balıqlar - laübəli, amma perspektivlər vəd edən gündür. Heç bir yerə tələsməyin, başladığınız işi başa vurun. Səliqə ilə, aramla çalışın. Ətrafınızdakı insanların bir neçəsi qıcıqlandıra bilər. Fəqət, indi münasibətləri daha da sərinləşdirməyin, səbrli olun. Dözüm bir çox problemlərin avtomatik həlli deməkdir.

Milli.Az

Chosen
34
mia.az

1Sources