EN

​Rusiya Suriya rejiminə dəstəyi davam etdirəcək -

Rusiya Suriya rejiminə dəstəyi davam etdirəcək. Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Peskov paytaxt Moskvada təşkil olunan mətbuat konfransında bildirib ki, Rusiyanın Suriya ilə bağlı mövqeyi dəyişməyib. Peskov, “Biz Bəşər Əsədi dəstəkləməyə davam edirik. Buna uyğun olaraq, təmaslarımızı davam etdiririk və vəziyyəti təhlil edirik”, - deyə bildirib. O, Rusiyanın hadisələrin gedişatına uyğun həmlələr edəcəyini qeyd edib.

Qeyd edək ki, Suriyalı müxalif qruplar ölkənin ikinci böyük şəhəri olan Hələbi ələ keçirdikdən sonra Rusiya və Suriya müxalifətə qarşı hava hücumlarına başlayıb və hava hücumlarının intensivliyini artırıb.

Chosen
49
1
metbuat.az

2Sources