EN

Putin: Azərbaycan prezidenti ilə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün birgə işləyəcəyik

Rusiya və Azərbaycan prezidentləri Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin gənc alimlərlə görüşündə danışıb.

“Bakıya səfər etdikdən sonra İlham Heydər oğlu ilə razılığa gəldik ki, bu mövzuda birgə işləyəcəyik. Mən artıq Rusiya Federasiyası Hökumətinə müvafiq fəaliyyət proqramının hazırlanması ilə bağlı tapşırıq vermişəm”, - deyə Rusiyanın dövlət başçısı bildirib.

O qeyd edib ki, bu məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə də müzakirə olunub.

“Xəzərin dayazlaşması hər kəsi narahat edir. Əlbəttə ki, bundan açıq və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirmək lazımdır. Amma ümumilikdə bu, böyük problemdir”, - deyə Rusiya lideri vurğulayıb.

O qeyd edib ki, Xəzərin Aral dənizinin taleyini təkrarlamasına yol vermək olmaz və onun dayazlaşmasının qarşısını almaq üçün bütün tədbirlərin görülməsi vacibdir.

Bizim.Media

Chosen
37
1
bizim.media

2Sources