EN

Cənubi Kiprin sahilində zəlzələ olub

Aralıq dənizinin şərqində yerləşən Kipr Respublikasının cənub sahilində 4 maqnitudalı zəlzələ olub.

Bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Məlumata görə, yeraltı təkanların ocağı 5,4 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 00:23-də (Bakı vaxtı ilə 01:23) qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl Xəzər dənizində 3,6 maqnitudalı zəlzələ baş vermişdi.

"Cebheinfo.az"

Chosen
18
4
cebheinfo.az

5Sources