EN

Sərnişinin ölümünə səbəb olan sərxoş sürücü məhkəmə zalından həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Sənan Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbs olunub.


İttihama görə, hadisə 29 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Mahmudlu kəndində qeydə alınıb.


Belə ki, Sənan Quliyev sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi avtoyuma məntəqəsinə çırpılıb. Nəticədə avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Alsan Kirov ölüb.


Hadisədən sonra Sənan Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 3 Dekabr 2024, 09:47   
Chosen
14
3
pravda.az

4Sources