EN

Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərinin son vəziyyəti açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəki rayonunun Kiş kəndində dəm qazından zəhərlənən bir ailənin dörd üzvünün sön vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində dörd nəfər hospitalizasiya olunub.
"Ötən gün saat 15:40-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsilə ilə dörd nəfər (üçü kişi, biri qadın olmaqla) hospitalizasiya olunub.
Zərərçəkənlərdən biri 2019-cu il təvəllüdlü, digəri isə 2024-cü il təvəllüdlüdür.
Zərərçəkənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda hər birinin vəziyyəti stabil qiymətləndirilir",- deyə məlumatda qeyd olunub.
Əzizə İsmayılova
Chosen
64
50
oxu.az

10Sources